Ukraynada Azərbaycanlıların Koordinasiya Mərkəzi yaradıldı

2016-12-31 09:34:13 / 1174 dəfə oxunub

Dekabrın 29-da Ukraynanın Dnepr şəhərində "Azərbaycanlıların Dnepropetrovşinada ictimai birliyi” adlı Koordinasiya Mərkəzi yaradılıb.

 

APA-nın məlumatına görə, Mərkəzin yaradılmasında "Dnepropetrovsk Azərbaycanlıları Liqası” fəal iştirak edib.  Koordinasiya mərkəzi  Dnepropetrovsk vilayətinin ictimai, siyasi və iqtisadi həyatında fəal iştirak edərək Azərbaycan diasporunun inkişafına əlavə dəstək verəcək.

 

Yeni təşkilatın rəhbəri vəzifəsinə Dnepr şəhər sakini, tanınmış iş adamı, mesenat Firuz İbrahimov seçilib.  "Koordinasiya mərkəzi məsələlərin birgə, kollektiv surətdə həlli üçün vacibdir. Firuz İbrahimov Dnepropetrovsk vilayətində yaşayan azərbaycanlılar arasında lider kimi tanınır. Təəccüblü deyil ki, o, bu vəzifəyə yekdilliklə seçildi”, deyə təşkilatın nümayəndəsi Eldar Tağıyev bildirib.

 

Qeyd olunub  ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Mərkəzin yaradılmasına xüsusi dəstək göstərib.

 

Mərkəzin açılış mərasimində Dnepr şəhərinin sabiq meri, hazırda millət vəkili olan Maksim Kuryaçiy, Dnepropetrovsk vilayət sovetinin deputatı İsgəndər İsgəndərov, digər rəsmi şəxslər və iş adamları iştirak edib.

 

Mərkəzin təntənəli açılış mərasimi bayram konserti ilə davam edib.



Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws