Tramp: "Putin gözəl hərəkət edib, o, çox ağıllı adamdır"

2016-12-31 09:45:05 / 1393 dəfə oxunub

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiya prezidentinin rəsmi Vaşinqtonun addımlarına  cavab olaraq amerikalı diplomatların ölkədən çıxarılmamasına dair qərarını alqışlayıb.

Sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, bu barədə D.Tramp özünün "Tvitter" hesabında yazıb.

"Putin çox gözəl hərəkət edib. Mən həmişə bilirdim ki, o, çox ağıllı adamdır", Tramp qeyd edib.
 
Xatırladaq ki, ABŞ 35 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib. Ağ Ev və ABŞ Dövlət Departamenti Putinin qərarı ilə əlaqədar şərh verməkdən imtina edib.



Son xəbərlər
QİDA TOKSIKOINFEKSIYALARI
2017-03-29 11:47:57



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws