Rusiyalı qubernator Azərbaycan prezidentini təbrik edib

2016-12-31 15:41:12 / 1112 dəfə oxunub

Sankt-Peterburqun qubernatoru Qriqori Poltavçenko Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, Q. Poltavçenko təbrik məktubunda bildirib ki, Azərbaycan prezidenti öz fəaliyyətini doğma ölkəsinə xidmət işinə həsr etməklə bərabər, mehriban dostları və tərəfdaşları daim xatırlayır, təşəkkül tapmış münasibətləri qiymətləndirir.

 

Q. Poltavçenko qeyd edib ki, Sankt-Peterburqda bunu xüsusi qiymətləndirirlər: "Sizin diqqətiniz və səyləriniz sayəsində əməkdaşlığımız inamla inkişaf edir və getdikcə daha məzmunlu və miqyaslı olur. Ümidvaram ki, Sankt-Peterburq Hökuməti ilə Azərbaycan Respublikası arasında yaradılmış iqtisadi və humanitar əməkdaşlıq üzrə Komissiya əlaqələrimizin inkişafına yeni təkan verəcək. Əminəm ki, Sizin enerjiniz, müdrikliyiniz, fəal həyat mövqeyiniz Azərbaycan xalqının gələcək inkişafına, Sankt-Peterburq ilə Azərbaycan arasında mədəni və işgüzar əlaqələrin möhkəmlənməsinə bundan sonra da kömək edəcək. Sizə ürəkdən möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Yubileyiniz münasibətilə Sizi Sankt-Peterburq Hökuməti, Rusiyanın Şimal paytaxtının sakinləri adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm”.



Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14
YUXU
2017-03-15 18:47:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws