Türkiyədə yeni terror aktları törədilə bilər - Xəbərdarlıq

2017-01-02 14:35:35 / 1457 dəfə oxunub

Böyük Britaniya Xarici İşlər Nazirliyi Türkiyəyə yollanmaq niyyətində təbəələrinə bu ölkədə yeni terror aktlarının baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Sabahinfo.Az virtualaz.org-a istinadən bildirir ki, Britaniya XİN turistlər üçün tövsiyədə bildirib: "Türkiyənin aviasiya sahəsi obyektlərində yüksək terror təhlükəsi mövcuddur".

İdarədən bildirildiyinə görə, Türkiyə hüquq-mühafizə orqanlarının terror aktlarının qarşısının alınması istiqamətində həyata keçirdikləri uğurlu əməliyyatlara baxmayaraq, "növbəti pərakəndə hücumlar mümkündür".

Mənbə qeyd edib ki, hücumlar Qərb ölkələrinin maraqlarına və turistlərə yönəldilə bilər. Terror təhlükəsinin xüsusilə iri şəhərlərdə çox olduğu əlavə edilir. 



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws