İstanbulda terror aktı zamanı ölən Nuranə Həsənovanın Rusiya vətəndaşı olduğu müəyyənləşib

2017-01-02 14:55:17 / 2621 dəfə oxunub

İstanbulda gecə klubuna hücum nəticəsində ölən Nuranə Həsənova Rusiya vətəndaşı olduğu müəyyənləşib.

 

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Türkiyədəki səfirliyinin "Twitter” səhifəsində yer alan məlumatda deyilir: 
 

"İstanbuldakı dəhşətli  terror aktı nəticəsində Rusiya vətəndaşı Nuranə Həsənova ölüb. Onun yaxınlarına başsağlığı veririk”. 

 

N. Həsənovanın əslən azərbaycanlı olduğu bildirilir.
 

Qeyd  edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən "Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var. 



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws