Kim gəlir, kim gedir?

2017-01-02 17:29:18 / 594 dəfə oxunub

Azərbaycan çempionatında fasilə yaranan kimi, klublar transfer çalışmalarına start veriblər. Sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, Topaz Premyer Liqası təmsilçiləri öncə heyətlərində "təmizləmə işləri" aparmaqla məşğuldular.

Qış fasiləsi yaranmamış 5 əcnəbi oyunçu ilə yollarını ayıran "Neftçi" ilk günlərdən xüsusi fəallığı ilə seçilir. Artıq 8 futbolçusunu yola salan bakılılar hələlik 2 transferlə qış dönəminin ən fəal komandasıdı.
 
"Qarabağ"
Gələn: Elşən Abdullayev ("Neftçi")
Gedən: Namiq Ələsgərov ("Neftçi")
Müqavilə müddətini artıran: Yoxdu
 
"Qəbələ"
Gələn: Araz Abdullayev ("Neftçi")
Gedən: Yoxdu
Müqavilə müddətini artıran: Dmitri Bezotosnı
 
"İnter"
Gələn: Yoxdu
Gedən: Yoxdu
Müqavilə müddətini artıran: Yoxdu
 
"Sumqayıt"
Gələn: Yoxdu
Gedənlər: Afşin İsmailzadə, İbrahim Abednejad, Vaqif Cavadov
Müqavilə müddətini artıran: Yoxdu
 
"Zirə"
Gələn: Ayxan Abbasov (baş məşqçi)
Gedənlər: Adil Şükürov (baş məşqçi), Cəmil Hacıyev ("Şəmkir")
Müqavilə müddətini artıran: Yoxdu
 
 "Kəpəz"
Gələn: Yoxdu
Gedən: Yoxdu
Müqavilə müddətini artıran: Yoxdu
 
"Neftçi"
Gələnlər: Namiq Ələsgərov ("Qarabağ"), Georgi Navalovski ("Veria", Yunanıstan), Zdenek Folprext ("Slovan", Çexiya: icarəyə)
Gedənlər: Eltun Yaqublu ("Səbail": icarəyə), Elşən Abdullayev ("Qarabağ"), Araz Abdullayev ("Qəbələ"), Jonas Pesalli, Krşevan Santini, Katalin Tira, Denilson Pereyra, Dario Melnyak, Vançe Şikov
Müqavilə müddətini artıran: Boban Baykoviç
 
AZAL
Gələn: Yoxdu
Gedənlər: Brayan Fok, Adan Koronado, Mirzağa Hüseynpur, David Canelidze, Tagim Novruzov, Qvanzav Maqomedov
Müqavilə müddətini artıran: Yoxdu 
 
Qeyd: UEFA tərəfindən "İnter"ə transfer qadağası qoyulduğundan, "bankirlər" heyətlərinə yeni oyunçu cəlb edə bilməzlər.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws