Obama yanvarın 10-da xalqa müraciətlə çıxış edəcək

2017-01-02 19:04:46 / 1074 dəfə oxunub

ABŞ prezidenti Barak Obama yanvarın 10-da Çikaqo şəhərində vida müraciəti ilə çıxış edəcək.

 

APA-nın "Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Ağ evin yaydığı bəyanatda deyilir.  
 

"Mənim üçün bu müraciət gözəl səyahətə görə sizə təşəkkür  etmək, son səkkiz il ərzində ölkəni yaxşılığa doğru dəyişdiyiniz üçün seçdiyiniz yolları qeyd etmək və bundan sonra ölkəmizin hara gedəcəyinə dair bəzi fikirləri səsləndirmək üçün gözəl  fürsətdir", - deyə Obama bildirib.
 

Qeyd edək ki, ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də səlahiyyətlərin icrasına başlayacaq. O, Obamanın daxili siyasətə aid bir çox təşəbbüslərinin üstündən xətt çəkəcəyini açıqlayıb.



Son xəbərlər
Xınalığa qar yağıb
2017-03-28 15:49:41
Cəbhədən ən son xəbər
2017-03-28 11:32:00



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws