Konsulluq: Sənədlər hazır olan kimi Nuranə Həsənovanın cənazəsi Bakıya göndəriləcək

2017-01-02 19:17:07 / 787 dəfə oxunub

İstanbulda gecə klubuna hücum zamanı öldürülən Nuranə Həsənovanın cənazəsi Azərbaycana göndəriləcək.

 

Bu barədə APA-ya Rusiyanın İstanbuldakı Baş konsulluğundan bildirilib. 
 

Qeyd edək ki, əslən azərbaycanlı olan N. Həsənova Rusiya  vətəndaşıdır.

 

Konsulluğun əməkdaşı Sergey Romanov cənazənin Bakıya  göndərilməsi üçün lazımi sənədlərin hazırlandığını bildirib: 
"Xarici vətəndaşların dəfn mərasimi xidmətləri ilə məşğul olan şirkət müvafiq sənədləri hazırlayacaq. Yerdə qalan sənədlər konsulluqda hazırlanacaq”. 
 

S. Romanov qeyd edib ki, sənədlər hazır olan kimi cənazə təyyarə ilə Azərbaycana göndəriləcək. 
 

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən "Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında   Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.  



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws