Yəməndə hava zərbələri nəticəsində 9 dinc sakin ölüb

2017-01-02 22:08:54 / 1924 dəfə oxunub

Yanvarın 1-də Yəməndə hava zərbələri nəticəsində 9 dinc sakin ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, beynəlxalq koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində Marib şəhərində 5 nəfər ölüb.

 

Taiz şəhərində isə 4 dinc sakin üsyançı-husilər tərəfindən endirilən raket zərbəsi nəticəsində həyatını itirib.

 

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws