Təcili yardım avtomobili qəzaya düşüb yandı - KÜRDƏMİRDƏ

2017-01-03 12:47:46 / 1813 dəfə oxunub

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı- Qazax əsas magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayon ərazisində qeydə alınıb.

 

Tural Fərman oğlu Süleymanovun idarə etdiyi, Ucar  Mərkəzi Rayon Xəstəxanasına məxsus  "Ford" markalı təcili tibbi yardım maşını ilə Qalib Hüseyn oğlu Hüseynovun idarə etdiyi "KamAZ" markalı yük maşını toqquşub.

 

Nəticədə "Ford" markalı maşında olan sərnişin Ucar rayon sakini 1963-cü il təvəllüdlü Şəhla Sabir qızı Əzizova hadisə yerində ölüb. Sürücü T. Süleymanov və digər sərnişinlər, Xəyalə Zabit qızı Mehdiyeva, tibb bacısı Validə Yunis qızı Xəlilova müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Tibb bacısı xəstəxanada vəfat edib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws