Yeni irsi xəstəlik tapılıb

2017-01-03 12:25:58 / 1317 dəfə oxunub

Yapon və rus alimlər yeni irsi xəstəliyi tədqiq etməyə başlayıblar. 

Sabahinfo.Az Rusiya KİV-ə istinadən bildirir ki, Ammosov adına Şimal-Şərq Federal Universitetinin əməkdaşları Osaka Universitetindən olan alimlərlə birlikdə yeni irsi xəstəlik və ona "cavabdeh" olan gen aşkarlayıblar. 

Patologiya maddələr mübadiləsini pozur, nəticədə bütün orqanizm əziyyət çəkir, ürək, böyrəklər, hətta oynaq və dəri də sıradan çıxır. Üstəlik xəstəlik gənc yaşlarda ortaya çıxır.

Genin təsbit olunması işi hələ 2013-cü ildən başlayıb. Alimlər bildirirlər ki, tibbi ədəbiyyatda əvvəllər bu barədə məlumat olmayıb. 2017-ci ildə xəstəliklə bağlı araşdırmaların nəticələri mətbuatda dərc olunacaq. Həmçinin onun müalicəsi üçün araşdırmalar da davam etdiriləcək. 



Son xəbərlər
Dollar BAHALAŞDI
2017-03-30 19:08:00



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws