Nazirlik ağır qəzalarla bağlı məlumat yaydı

2017-01-03 18:50:58 / 3657 dəfə oxunub

Daxili İşlər Nazirliyi ölkədə baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Sabahinfo.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 2-də saat 08 radələrində Ağcabədi şəhəri ərazisində şəhər sakini Alı Abdullayevin idarə "VAZ-21150" və Daşkəsən rayon sakini Faiq Qurbanovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib və orada ölüblər. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

 

 

Bundan başqa yanvarın 2-də saat 14 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndində kənd sakini Zülfüqar Orucov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmkəndlisi Tariyel İbrahimovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

 

 

Ucar rayonunun Qazıqumlaq kəndində isə dünən saat 18 radələrində Hacı Məmmədovun idarə etdiyi "Mercedes" və Sahib Novruzəliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş S.Novruzəliyev orada ölüb.

 

Ucar RPŞ tərəfindən araşdırma aparılır.

 

 

Digər ağır qəza isə yanvarın 1-də saat 06 radələrində Binəqədi rayonu ərazisində baş verib. Bakı şəhər sakini Mübariz Məmmədov idarə etdiyi "Opel" markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə onun sərnişini İsrail Əmənov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



Son xəbərlər
Xınalığa qar yağıb
2017-03-28 15:49:41
Cəbhədən ən son xəbər
2017-03-28 11:32:00



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws