Şəmkir sakini sevgilisini qətlə yetirdi

2017-01-03 20:01:01 / 1701 dəfə oxunub
Şəmkir rayonu ərazisində qətl hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə rayonun mərkəzində, fərdi evlərdən birində qeydə alınıb.
Sabahinfo.Az teleqraf.com-a istinadən bildirir ki, rayon sakini Marina Məmmədova evində qətlə yetirilib. Onu evinə gəlmiş rayonun Keçili kənd sakini Arzu Alıyev öldürüb. Cinayəti törədən Arzu Alıyev könüllü rayon polis şöbəsinə gələrək istintaqa təslim olub.
İlkin məlumata görə, Arzu Alıyev Marina Məmmədova ilə qeyri-rəsmi münasibətdə olub. Hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws