Çiçək Tağıyeva - Özüm öz ömrümə kirayəçiyəm!

2017-01-06 13:30:24 / 27696 dəfə oxunub

Qalıb 


Alıb ürəyimdən sevimli yarı,
Illərdir saçıma ələyir qarı.
Küskün xəyalların könll qübarı,
Gözümə sürmə tək çəkilib galıb!

Düşdükcə yadıma gündüz,gecə sən,
Sözümdə sızlayan aylı gecəsən.
Məni sənsizliyə gıydın necə sən?
Sənli günlərimdən şəkilin galıb!

Sənli xatirələr gocaltdi məni,
Dərdimə boy verib ucaltdı məni.
Unuda bilmədim bir ömür səni,
O günlər köksümdə sökülüb galıb!

Sənsiz keçən günüm güssə ələyir,
Illər boyu həsrət çəkir ürəyim.
Indən belə cicək acmaz diləyim,
Solğun məktubuna bukulub galıb!

Bəxti kəm olmasin hec kəs əzəldən,
Fələk koç təbilin çalmasın zildən.
Könlün necə doydu mənim tek güldən?
Gözlərim yollara dikilib galıb!

Indən belə günə gün ha çözələ,
Sönən sevdam çətin bir də kozərə.
Demədiyim sözlər döndü xəzələ
Payız yarpağıtək tökülüb galıb!

 

 Dünya

Qəriblik bəxtimə yazılan yazı,
Qəlbimi kədərlə alandı dünya.
Gurbetde gedermish veten hesreti,
Buludtek boshalib ,dolandi dunya!

Dünya duyğuların xəyal aləmi,
Ürəkdə yaşayır sevinci,gəmi.
Daim halal kəsin olub gənimi,
Düzləri düzlərə salandı dünya

Xilqəti yaratdı Uca Yaradan,
Ona həyat verdi torpaqdan sudan.
Gör kimlər bac alıb doydu dünyadan,
Məzar daşlarına galandı dünya!

Sənə bel bağlayan yığıldı cana,
Ruhun dərinliyi guc verdi cana.
Bir ömür bəxş etdi Xalig insana,
Nəfsinə gul olan, galandı dünya!

Kimə həgigətdi , kimə yalandı,
Sozdə gah ucalan gah alçalandı.
Acdan uz döndərib.toxa qalandı,
Dilimin altında ilandı dünya!

Dünya sevənlərə qədərmiş Çiçək
Bu fani dunyanı gəl sevmə ürək.
Həyat muvəqqəti ömürse gödək,
Ömrü girov verib,alandı dünya,...

 

Qardaş

Dərin düşüncəyə dalanda gardaş,
Dərdini ürəyə salandı bacı.
Qardaş ürəyinə toxunanda daş,
Kədərdən, ürəyi dolandı bacı..

Dolanda gözləri yaz buludu tək,
Bacının həyanı qardaşıdır tək,
Köksünün altında döyünən ürək,
Dilinin əzbəri olandı bacı.!

Dar gündə boylanıb qardaşın arar,
Dərdinə,sərinə qardaşı yarar.
Bacidir qrdaşa çiçəkli bahar,
Qardaşın qeydine galandı baıi.

Dağtək vugarlıdır hər an gözündə.
Boyuna ,özünə qurban sözündə
Qardaşsız bu dünya viran gözündə,
Xəzan vuran gül tək solandı baı.

Gözünün nurudur Çiçəyin qardaş,
Vügarım,qürurum ,ürəyim qardaş.
Xoş gündə ,dar gündə gərəyim qardaş..
Qardaşın könlünü alandi baci.

 

*************

Hər əsən kuləyin,yağan yağışın, 
Hər acan çiçəkdə ləçək baxışın.

Hər doğan Günəşdə ulduz naxışın, 
Hər yanan çırağın aşiqiiyem men.
Gəl sorma dərdimi ,kiməm,nəçiyəm?...
Özüm öz ömrumə kirayəçiyəm!....

 

 

 

 

 

 

 

 



Son xəbərlər
FİFA-ya tarixi cəza
2017-01-21 13:55:28
Siqaretlər bahalaşıb
2017-01-21 13:43:04
Deputatlarımız Maliyə gedir
2017-01-21 12:37:57
Millimiz 9-cu oldu
2017-01-21 12:12:06



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws