Azərbaycanda hansı heyvanlar ov siyahısından çıxarıla bilər?

2017-01-06 15:06:48 / 2155 dəfə oxunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu dəniz qara ördəyi və pazdimdikləri quşların ov siyahısından çıxarmağı təklif edir.

Sabahinfo.Az xəbər verir ki, institutun direktoru Elman Yusifov Trend-ə deyib ki, bu təkliflə Xəzərin Azərbaycan sektorunun cənub sahil zolağında qış və yay mövsümlərində apardıqları tədqiqatlardan sonra çıxış edirlər.

Onun sözlərinə görə, tədqiqatlar nəticəsində müəyyən edilib ki, dənizdə qara ördək və pazdimdiklilər qeyri-bərabər yayılıb: "Eyni zamanda, ağgöz qara ördək, nazik və uzun pazdimdiklər nadir heyvan olmaq, böyük pazdimdik isə yox olma təhlükəsindədir. İnstitut buna əsaslanaraq, dəniz qara ördəyi və pazdimdikləri quşların ov siyahısından çıxarmağı təklif edir".

E.Yusifov əlavə edib ki, Xəzərin Şahdili, Qobustan, Yenikənd subasarına həmsərhəd sahil suları, Böyük və Kiçik Qızılağac körfəzləri beynəlxalq əhəmiyyətə malik sayda qırmızıbaş və kəkilli qara ördəklərin toplantı yerləridir. Antropogen təsirlər nəticəsindən isə Puta, Səngəçal, Ələt, Lənkəran sahil zolağı qara ördəklərin beynəlxalq əhəmiyyətə malik sayda toplantı yeri kimi artıq öz əhəmiyyətini itirib.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws