Rusiya hərbi qüvvələrinin bir hissəsini Suriyadan çıxarır - YENİLƏNİB

2017-01-06 14:12:47 / 1029 dəfə oxunub

Rusiya Suriyadakı hərbi qüvvələrinin bir hissəsini çıxarır.
 
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib ki, bu barədə prezident, Silahlı Qüvvələrin ali baş komandanı Vladimir Putin qərar qəbul edib.
 
"Ali baş komandanın qərarı ilə Rusiya Müdafiə Nazirliyi Suriyadakı Silahlı Qüvvələrin qruplaşmalarının sayını azaltmağa başlayır", - deyə o bildirib.
 
V.  Gerasimovun sözlərinə görə, Suriyanı ilk olaraq  "Admiral Kuznetsov" aviadaşıyıcısı, "Pyotr Velikiy" kreyseri və onları müşayiət edən gəmilər tərk edəcək.
 
O bildirib ki, aviadaşıyıcı qrup qarşısında qoyulan vəzifələri, o cümlədən Hava Hücumundan Müdafiə Qüvvələri ilə birlikdə Suriyada vahid Hava Hücumundan Müdafiə Sisteminin yaradılması vəzifəsini uğurla yerinə yetirib.
 
V. Gerasimov xatırladıb ki, 30 dekabr 2016-cı il Moskva vaxtı ilə saat 00.00-dan Suriyanın bütün ərazisində atəşkəs elan edilib. Lakin bu atəşkəs beynəlxalq terror qruplaşmalarının məhvinə yönəlmiş əməliyyatlara aid deyil.

-----------

13:35

Rusiya Suriyadakı hərbi qüvvələrinin bir hissəsini çıxarır.

Sabahinfo.Az APA-ya istinadən verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib ki, bu barədə prezident, Silahlı Qüvvələrin ali baş komandanı Vladimir Putin qərar qəbul edib.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws