Bakının bitki aləmi tədqiq olundu

2017-01-06 16:28:10 / 440 dəfə oxunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutu Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin sifarişinə əsasən, yerli torpaq-iqlim şəraitinə uyğun ağac-kol bitkilərini qruplaşdırıb.

Sabahinfo.Az xəbər verir ki, bu barədə Trend-ə AMEA Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Zümrüd Məmmədova məlumat verib.

Onun sözlərinə görə, Bakının iqliminə uyğun olan ağaclar sərv, şam, ardıc, tuya, birgöz, ölməzkol, palma, çaqqalqozu, kağızağacı, mərsin, qarağac, dəfnə, suriya qızılgülü, dəniz senerariyası və s.-dir.

Z.Məmmədova qeyd edib ki, yerli torpaq-iqlim şəraitinə uyğun olan ağac və kollar artıq Bakıda yeni salınan park və bağların yaşıllaşdırılması məqsədi ilə istifadə edilib.

Direktor müavini əlavə edib ki, Azərbaycanın təbii və mədəni denfoflorasının müasir vəziyyətinin hərtərəfli monitorinqi də aparılıb, növlərin yayılma arealları araşdırılaraq qruplaşdırılıb.



Son xəbərlər
QANLI YANVAR - ŞANLI TARİX
2017-01-19 16:03:16
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws