Şeyx Suriya müftisinə məktub göndərib

2017-01-06 17:15:15 / 1408 dəfə oxunub

Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) Suriya müftisi Əhməd Həssunun adından Dağlıq Qarabağla bağlı yayılan bəyanata münasibət bildirib.

 

QMİ-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Suriya müftisi adından əsasən erməni saytlarının yaydığı məlumatın mənbəyi məlum deyil: "Təxribat səciyyəli olması istisna edilməyən, səhihliyi şübhə doğuran informasiyanı dəqiqləşdirmək məqsədilə şeyxülislam adından müftinin ünvanına yazılı müraciət göndərilib”.

 

Qeyd edək ki, Suriyanın baş müftisi şeyx Bədrəddin Hassunun Rusiya KİV-ində müsahibəsi yayılıb. O, Suriyada və dünyada baş verən proseslər barədə danışarkən Dağlıq Qarabağ mövzusuna da toxunub və bildirib ki, dünyada ərazi mübahisələrinə son qoymağın vaxtı çatıb. Şeyx buna nümunə olaraq Dağlıq Qarabağı göstərib: "Dağlıq Qarabağda problemin başlıca motivasiyası xalqın azadlığı üçün iradəsi, regionun tarixi və müharibədə qazanılan qələbədir. Burada hansı mübahisədən söhbət gedə bilər? Şəxsən mən Qarabağ ermənilərinin müstəqillik və azadlıqları uğrunda mübarizələrini dəstəkləyirəm. Xüsusilə vurğulamaq istərdim ki, Qarabağ münaqişəsinin əsas səbəbi din deyil, xalqın iradə ifadəsidir. Bununla hesablaşmamaq olmaz”.



Son xəbərlər
ATƏT monitorinq keçirəcək
2017-04-26 11:28:55



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws