Bakı-Sumqayıt qatarlarının qrafikində YENİLİK

2017-01-06 18:16:45 / 524 dəfə oxunub

"Azərbaycan Dəmir Yolları" QSC gələcəkdə Bakı-Sumqayıt elektrik qatarlarının gündüz reyslərini işə salmağı planlaşdırır.

Sabahinfo.Az xəbər verir ki, bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəis müavini Mədəd Şıxəmirov deyib.

O qeyd edib: "Məsələ burasındadır ki, hazırda Bakı-Keşlə və Keşlə-Biləcəri sahələrində təmir işləri gedir. İşlər gündüz vaxtı aparılır, ona görə də biz qatarları səhər saat 09:00-dan günorta 16:00-dək işə salmırıq. İşlər başa çatdıqdan sonra saat 14 və 16 arasında reysə iki qatar salmağı planlaşdırırıq".

Qeyd edək ki, yanvarın 7-dən Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 08:00, 08:30, 08:55, 16:00, 17:30, 18:05, 18:30, 18:45, 19:10, 19:40 və 20:30-da, Sumqayıt sərnişin stansiyasından isə 07:10, 07:30, 07.45, 08:00, 08:50, 09:17, 09:50, 16:55, 18:18, 18:50 və 19:30-da yola düşəcək.



Son xəbərlər
Bakı funikulyoru pullu oldu
2017-01-18 18:24:32
Heyrətləndirən Tərtər
2017-01-17 17:32:12
Millimizin yubiley gecəsi
2017-01-17 15:09:05
4 nazir vəzifədən getdi
2017-01-17 14:54:03



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws