Kürdəmirdə yük və minik avtomobilləri toqquşdu:2 yaralı

2017-01-06 20:54:12 / 406 dəfə oxunub

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA -nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsu- Kürdəmir- İmişli yolunun Kürdəmir rayonunun Sor-sor kəndindən keçən hissəsində qeydə alınıb.

 

Kürdəmir rayon sakini 1957-ci il təvəllüdlü Ağa Xanlar oğlu Mirzəyevin idarə etdiyi "QAZ-53” markalı maşınla Ağcabədi rayon sakini 1974-ci il təvəllüdlü Elşad Mamed oğlu Axundovun idarə etdiyi "Mercedes” markali minik maşını toqquşub.

 

Nəticədə minik maşınının sürücüsü E. Axundov və sərnişini 1976-cı il təvəllüdlü Elnur Surxay oğlu Əliyev müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.



Son xəbərlər
FİFA-ya tarixi cəza
2017-01-21 13:55:28
Siqaretlər bahalaşıb
2017-01-21 13:43:04
Deputatlarımız Maliyə gedir
2017-01-21 12:37:57
Millimiz 9-cu oldu
2017-01-21 12:12:06



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws