Bakıdakı bayram yarmarkaları çadırları sökülür

2017-01-06 21:07:16 / 544 dəfə oxunub

Bakıda bayram yarmarkalarının keçirilməsi üçün quraşdırılan çadırların sökülməsinə başlanılıb.

Sabahinfo.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırovməlumat verib.

Onun sözlərinə görə, yanvarın 6-da çadırların sökülməsi barədə qərar verilib:

"Bu gün son gündür. Artıq çadırların sökülməsinə başlanılıb".

Qeyd edək ki, bayram ərəfəsində paytaxtda yeni il yarmarkalarının keçirilməsi üçün 13 çadır quraşdırılsa da, həmin çadırların 7-si texniki təhlükəsizlik qaydalarına cavab vermədiyi üçün sökülmüşdü. Qalan 6 çadır isə küçələrdəki işıq dirəklərindən elektrik enerjisi götürməmək şərtilə xüsusi elektrik generatorları vasitəsilə işıqlandırılmaqla fəaliyyət göstərirdi.



Son xəbərlər
QANLI YANVAR - ŞANLI TARİX
2017-01-19 16:03:16
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws