Arzuman Ağdabanlı - Qova-qova ədaləti dünyadan itirdilər

2017-01-07 12:27:51 / 19134 dəfə oxunub

Günah mənim özüməm. Günaha nə gərək var. Günah boyda ürəyin. Içində bir ürək var.

Elə dövran gəlib ki. Günah günahı boğur. Günahlar hamilədir. Hər gün bir günah doğur. Günahında bağı var. Meyvələri yetişir. Günah məhəbbətiylə. Günahlar da öpüşür. A. Savadsiz.


...CIGALI.. TECNIS.. yeni.. .. Insanlarıda ağıl gəlmədi başa. Canlanaraq daş da daşı daşdadı. Aşiqəm daşda dadı. Daş dandı daş, da, dadı. Bu dünyada mərdlərin. Daşdandı daşda dadı. Namərdlərə buyur detdik keç başa. Keçib başda başımızı daşdadı. Sözüm haqqdı deyəcəm ağayana. Qul eşidə şadlana, ağa yana. Mən aşiq sığdı ağa . Qaralar sığdı ağa. Bir nökər sığmayana. Gör neçə sığdı, ağa. Indi mənə hazırla ağ ay, ana. Ağla məni bəxdim qara daşdadı. Arzumanm gözümdə yaş dayandı. Yaş üstünə gəlmədi yaş dayandı. Ezizim yaşda yandı. Quru,da yaş,da yandı. Nahaqq haqqa güc gəldi. Gözüm,də yaş, da yandı. Qurutduq ədaləti yaşda yandı. Dəydi daşa başda daddıq daş dadı.


Herfi ....DIVANI... Yeni... . Ağ,, yanına ,la, yazdılar gözümün yaşı durdu. O,, dan sora ,x, qoydular çəkib sinəmdən vurdu. Itirdilər mizanını pozuldu zamanəmiz. T,, sağında ,,or,, gördülər alıb namərdlər qurdu. Gülüstanı məhv eləyib kol tikan bitirdilər. Gül qoxuyan bu həyata cəhənnəm gətirdilər. Qova-qova ədaləti dünyadan itirdilər. Q,, yanına atır düşdü neçə köhlənlər yordu. Zalımların dövranında şəri böhtan yatmadı. Arzuman çox əzab çəkdi həqiqəti satmadı. Çox çalışdım düzəltməyə təkəm gücüm çatmadı. Z,, dalına ,əli, yazdım yapışdı qanı sordu.


....QOŞMA.. Yeni.... . Bir yağışın ömrü qədər ömrü var. Xoşbəxtlik yağışdan asılıb nədi? Dünyaya gələndən çidarlanıbdı. Bilmirəm doğuşdan asılıb, nədi?. Üzləri bircə an güldürüb gedir. Həyatın dadını bildirib gedir. Gedəndə əbədi öldürüb gedir. Yolları yoxuşdan asılıb nədi?. Kədərin içində sevincidə var. Insana qış günü gətirir bahar. Fəsli tez dəyişir ömrə yağır qar. Mayası naxışdan asılıb nədi?. Arzuman, bir-birə hörələr bizi. Xoşbəxtlik, yan-yana sərələr bizi. Göz-gözə baxanda görələr bizi. Baxışlar baxışdan asılıb nədi.


...yeni...GERAYL,,

Başda duman gözümdə çən. Məni qəbul edərsənmi?. Bir gün gəlsəm saçımda dən. Məni qəbul edərsənmi? Itirmişəm taqətimi. Eydirmişəm qamətimi. Görməyib xəyanətimi. Məni qəbul edərsənmi?. Yandıramağa közlərində. Danlamağa sözlərində. Öldürməyə gözlərində. Itirəndən sən tək yarı. Bu can qalıb sənsiz yarı. Ürəyimi bölüb yarı. Məni qəbul edərsənmi?. Bir zəhərli oxam indi. Gözlərinə baxam indi. Arzumanam yoxam indi. Məmi qəbul edersenmi?.


....TECNIS... ... . Qafil insan çox hərcayı danışma. Öyrən soy adını atanı, tanı. Yoxla binövrədən sən öz nəslini, əvvcə özünü a tanı-tanı. Arif hər dediyi sözə zər, düzər. Aqil deyər kamalına zər, düz, ər!. Zərgərin gördüyü hər iş zərdi, zər. Oğul mənimsəmə Atan atanı. Elə danış çıxmayasan dərindən. Soyub qaval düzəldərlər dərindən. Arzuman sözünü deyər dərindən. Eldə xar eləyər atan atanı.

Istəmirəm bu dünyanın nə varın nə dövlətin. Axtarmıram bər-bəzəkli, iki üzlü şöhrətin. Neyləyəcəm Şah taxtında ötəri o qüdrətin. Bir az çəmən bir az çiçək bir də şeh payım ola. Parlamaram günəş kimi axşamlar sönəcəmsə. Ucalmaram zirvələrə nə vaxtsa enəcəmsə. Yaşamaram saraylarda məzara dönəcəmsə. Biraz bulud bir az yağış bir də meh payım ola. Bilirəm ki həyat qısa ömür gödək gün baha. Suvabların ortasında biraz batım günaha. Arzuların Arzumanı olmaqdan bezdim daha. Al yanaqdan bal dodaqdan alam beh payım ola

Mən durmuşam yol yeriyir. Qəm donur sevinc əriyir. Ürəkdə ləilm kiriyir, əlimdə dilim danışır. Gör nə qədər yellər əsib. Gözüm gözəllikdən küsüb. Orda dirilərim susub, Bax burda "ölüm" danışır. Gəlib ömrün "bahar" çağı. Canı işğal edib yağı. Içim azadlıq dustağı. Mərdlikdən çölüm danışır. Selin gücü seldə batıb. Filler qulaqlarda yatıb. Dərya sahilə tor atıb. Deyin ki, dəlim, danışır. Arzuman ölüb bilərsiz. Hələ yasa da gələrsiz. Qoy mən ölü dirilər siz. Eşidin Elim danışır.

O qədər gecədən yuxu almışam. O qədər yuxuya gecə borcluyam. O qədər kücədə izim qalıb ki. O qədər izimə küçə borcluyam. Bu sonuz aləmdə son axtarmışam. Sonuma çıxmağa gəlib çoxları. Qansız adamlarda qan axtarmışam. Varıma vermişəm bütün yoxları. Dünyaya dar dedim məzara geniş. Dəryanı gölməçə görəndə bildim. Hamıdan ucayam üzümdə gülüş. Özümü ölümsüz biləndə öldüm.

Azım gedib çoxum qalıb. Bir qarnı ac toxum qalıb. Bir yatımlıq yuxum qalıb. Onu da yatıb gedirəm. Saçlarıma dən borcluyam. Yuxulara çin borcluyam. Həyata bir gün borcluyam. Ona da atıb gedirəm. Gülü şehli-şehli dərdim. Yerimi yerliyə verdim. Qiymətsizdə qiymət gördüm. Qiyməi satıb gedirəm.

Azım gedib çoxum qalıb. Bir qarnı ac toxum qalıb. Bir yatımlıq yuxum qalıb. Onu da yatıb gedirəm. Saçlarıma dən borcluyam. Yuxulara çin borcluyam. Həyata bir gün borcluyam. Ona da atıb gedirəm. Gülü şehli-şehli dərdim. Yerimi yerliyə verdim. Qiymətsizdə qiymət gördüm. Qiyməi satıb gedirəm.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws