Quba məhkəməsinin sədri Nuray olayından danışdı

2017-01-07 11:14:05 / 2278 dəfə oxunub
"Quba Rayon Məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə məktub hazırlayıram. Məktub həm məhkəmənin qətnaməsi, həm də icraçıların atdığı addımların araşdırılması ilə bağlıdır”.

Sabahinfo.az xəbər verir ki, bu barədə AzVision.az-a Qubadan seçilən deputat Vahid Əhmədov deyib.

Millət vəkili məsələ ilə bağlı Quba Rayon Məhkəməsinin sədri ilə danışdığını bildirib.

"Quba Rayon Məhkəməsinin sədri bildirdi ki, bu məsələ məhkəməyə veriləndə çağırıb onlarla söhbət edib və onları barışdırmaq istəsə də alınmayıb. Bildirdi ki, bununla bağlı qərar verilib. Mən məhkəmənin işinə qarışmq istəmirəm. Amma baş verənlərlə bağlı Ədliyyə Nazirliyinə məktub hazırlayıram və məsələ araşdırılacaq. Uşağın zorla alınıb verilməsi, orada baş verənlər, qadına qarşı münasibət Azərbaycan ideologiyasına, bizlərə yaraşmayan hərəkətlərdir. Bu cür addımlar heç bir çərçivəyə sığmır. İcraçılar sanki başqa ölkədən gəliblər”.

Qeyd edək ki, sosial şəbəkələrdə 10 yaşlı Nurayla bağlı video geniş müzakirələrə səbəb olub. Yayılan görüntülərdə Nurayı illər əvvəl anası ilə birgə tərk edən atasına məcburi verilməsi öz əksini tapıb. Kadrlardan görünür ki, Nurayı xalasından zorla ayırmaq istəyirlər.


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws