Məktəblərdə sinif rəhbəri vəzifəsi ləğv ediləcək? - Təhsil Nazirliyi

2017-01-07 11:15:14 / 1702 dəfə oxunub

Təhsil Nazirliyi ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Sabahinfo.az xəbər verir ki, nazirlikldən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Nazirlikdən daha sonra əlavə edilib ki, ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid təsdiq olunmuş tədris planlarında fənlər üçün müəyyən edilmiş həftəlik dərs saatlarının miqdarında heç bir azaldılma nəzərdə tutulmur.

Bununla belə, I-IX siniflərdə tədris olunan "Həyat bilgisi” fənninin mahiyyət etibarı ilə paraleli və təkrarı xarakteri daşıdığından, habelə X-XI siniflərdə şagirdlərin həftəlik təlim yükünə ağırlıq gətirdiyindən dərs cədvəlinə salınmadan dərsdənkənar vaxtlarda həftədə 1 saat keçilən "Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisi II yarımildən dayandırılıb.



Son xəbərlər
Sabunçuda 2 otaqlı ev yanıb
2017-04-28 10:06:49
Zakir Qaralovdan yeni təyinat
2017-04-27 15:33:27
Ulduzları barışmır
2017-04-27 14:28:34
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-04-27 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws