Klinton Nyu-Yorkun meri olmaq istəyir

2017-01-07 11:34:34 / 2509 dəfə oxunub

ABŞ-da prezidentliyə sabiq namizəd Hillari Klinton Nyu-York şəhərinin meri vəzifəsinə seçilmək imkanlarını nəzərdən keçirir.

Sabahinfo.az xəbər verir ki, bu barədə "New York Daily News” qəzeti yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.


Mənbənin sözlərinə görə, Klinton ABŞ-ın ən böyük şəhərinin başçısı yeri uğrunda mübarizədə iştirak etmək imkanlarını istisna etməyib. Bildirilir ki, şəhərin indiki meri Bill de Blazionun səlahiyyət müddəti bu ilin sonunda bitəcək.

Qeyd edək ki, Nyu-York merinin seçkiləri noyabrın 7-də baş tutacaq.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws