"Bizim idmançılarımız çox güclüdülər" - Müsahibə

2017-01-07 12:58:36 / 2022 dəfə oxunub

"Sağlam həyat sağlam idmanın nəticəsidir”

İdman insan həyatında ən vacib ünsürdür. Gündə hər bir insan ən azı 10-15 dəqiqə idmanla məşğul olmalıdır. İdman insanları həm mənəvi həm də fiziki cəhətdən yüksəldən bir vasitədir. Zərərli qidalardan qorumağa imkan yaradır, xəstəliklərin qarşısını alr, insanı daim formada saxlayır.

Müsahibimiz 6-ci sinif şagirdi, Əliyev Rəsul idmana olan marağından danışıb.

Rəsul Əliyev: karateyə marağım digər idman növlərindən üstün olub.

İlk olaraqözünütəqdim elə!

- MənƏliyev Rəsul. 218 saylıməktəbin 6-cısinif sagirdiyəm. 2 ildi idmanla məşğul oluram.

İdmanın hansı növü ilə məşğulsan?

- Mən bir neçəidman növüilə- həm gimnastika, həm də güləşlə məşğul olmuşam. Amma hər zaman karateyə marağım digər idman növlərindənüstün olub. Valideynlərimin məsləhətini də, nəzərəalaraq karateyəyazıldım. Karatenin kontak növüiləməşğul olmağa başladım

Neçəildi karate iləməşğulsan?

- 2 ildi karate iləməşğulam.

Müəllimin kimdi?

- İlk müəllimim vəhal-hazır ki, müəllimim ƏliyevƏlidir.


İdmanda hansı naliyyətlərin sahibisən?

- 2015-ci ildəAzərbaycan turniri keçirilmişdi.İlk dəfə həmin turnirdə ikinci yerin sahibi olmuşam. Suraxanıda bayraq günüilə əlaqədaryarışkeçirildi vəhəmin yarışda ikinci yerin sahibi oldum. 2016-cı ildə Hövsan olimpiya kompleksində keçirilən "Narkotikaya yox deyək” adlı yarışda qalib gələrək qızıl medalın sahibi olmuşam.

Rəsul hansı idmançımızın davamçısı olmaq istəyir?

- Mən çox idmançılarımızı tanıyıram. Bizim idmançılarımız çox güclüdülər. İdmana maraq, diqqət isə olduqca böyükdür. Mən ilk olaraq Əli müəllimi tanıyaraq karate ilə məşğul olmuşam. Karateyə olan sevgimi Əli müəllim daha da artırdı. Onun öyrətdikləri sayəsində bu cür uğurların sahibiyəm. Müəllimimdən öyrənib, başqa idmançının davamçısı olmaq məncə müəllimimə hörmətsizlik olar. Müəllimimi çox sevirəm və onun davamçısı olaraq da gələcək uğurların sahibi olacam. Yəqin ki, sualınıza geniş cavab verə bildim! (gülür)

Son olaraq hansı fikirlərini bizimlə bölüşmək istəyərdin.

- Müəllimimə təşəkkürümü bildirirəm. Hər zaman birinci yerin sahibi olmaq üçün yarışa çıxsamda bəzən alınmayıb və ruhdan düşürdüm. Amma müəllimim mənə ruhdan düşməməyi və qalib olmaq üçün hər zaman mücadilə aparmağı öyrədib. Bunun üçün Əli müəllimə sonsuz təşəkkürümü bildirirəm. Bu arada onu da qeyd edim ki, yanvarın 1-i Əli Əliyevin doğum günü olub. Bu münasibətlə Əli müəllimi təbrim edirəm, ona uzun ömür can sağlığı arzulayıram!




Son xəbərlər
“Pul qıtlığı yaranıb”
2017-04-28 16:39:29
Sabunçuda 2 otaqlı ev yanıb
2017-04-28 10:06:49
Zakir Qaralovdan yeni təyinat
2017-04-27 15:33:27



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws