İşçi Komissiya Qubada Nurayla görüşüb

2017-01-08 11:55:39 / 1446 dəfə oxunub

Ədliyyə Nazirliyinin icra baş idarəsinin Quba icra şöbəsində baş vermiş hadisə ilə bağlı yaradılan İşçi Komissiyası Quba rayonuna səfər edib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən təşkil olunan komissiya üzvləri 10 yaşlı Nurayın ailə üzvləri ilə görüşür. Görüşdə komitənin sədr müavini Aynur Sofiyeva, millət vəkili Qənirə Paşayeva, Quba rayon İcra Hakimiyyətinin üzvləri iştirak edir.

 

Görüşdə jurnalistlərin iştirakına icazə verilməyib.

 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb.



Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws