“Qarabağ” yoxlanışa Rusiyadan oyunçu çağırdı

2017-01-08 15:48:57 / 2262 dəfə oxunub

Antalyada hazırlıqları davam etdirən "Qarabağ” baxışa yeni oyunçu dəvət edib. Apasport.az saytının əldə etdiyi məlumata görə, ağdamlılar Rusiyanın "Amkar” klubunun üzvü Rinat Hüseynovu sınamaq üçün Türkiyəyə çağırıb.

 

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Hüseynov sabah komandanın düşərgəsinə qoşulacaq. Bildirilib ki, Qurban Qurbanov 20 yaşlı futbolçunu sınaqdan keçirəcək. Əgər onun səviyyəsi məşqçini qane etsə, kub onunla danışıqlara başlayacaq.

 

Qeyd edək ki, bu mövsüm Perm klubunun gənclər komandasının heyətində 16 oyunda meydana çıxan Rinat 2 dəfə fərqlənməyə də imkan tapıb.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws