Naxçıvanda dağ keçisi ovlayan şəxs tutulub

2017-01-08 11:12:47 / 1779 dəfə oxunub

Naxçıvanda qanunsuz dağ keçisi ovlayan şəxs saxlanılıb.

 

APA-nın məlumatına görə, Babək Rayon Polis Şöbəsinin əməkdaşları Nehrəm kənd sakini Bayram Məmmədovu kəndin ərazisində  dağ keçisi ovladığına görə saxlayıblar.

 

Nehrəm kəndi ərazisində ferması olan B. Məmmədov iki gün əvvəl özünəməxsus ov silahı ilə dağ keçisini ovlayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, 2001-ci ildən Naxçıvanda ova qadağa qoyulub. Məqsəd nadir və nəsli kəsilməkdə olan fauna növlərinin qorunması və sayının artırılmasına nail olmaqdır. 



Son xəbərlər
“Pul qıtlığı yaranıb”
2017-04-28 16:39:29
Sabunçuda 2 otaqlı ev yanıb
2017-04-28 10:06:49
Zakir Qaralovdan yeni təyinat
2017-04-27 15:33:27



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws