Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi təsdiq edilib

2017-01-08 10:21:01 / 420 dəfə oxunub

Yanvarın 7-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında "Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi" və "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi" təsdiq olunub.

Sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 69 milyon 500 min manat, xərcləri 348 milyon 400 min manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 278 milyon 900 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 47 milyon 288 min manat, yerli gəlirləri 22 milyon 212 min manat və mərkəzləşdirilmiş xərcləri 324 milyon 374 milyon manat, yerli xərcləri 24 milyon 26 min manat) məbləğində təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin gəlirləri 53 milyon 300 min manat, xərcləri 135 milyon 50 min manat, gəlir və xərcləri tənzimləmək üçün Dövlət Sosial Müdafiə Fondundan ayrılan dotasiya 81 milyon 750 min manat məbləğində təsdiq edilib.



Son xəbərlər
FİFA-ya tarixi cəza
2017-01-21 13:55:28
Siqaretlər bahalaşıb
2017-01-21 13:43:04
Deputatlarımız Maliyə gedir
2017-01-21 12:37:57
Millimiz 9-cu oldu
2017-01-21 12:12:06



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws