"Hər avronun qədrini bilməyi öyrənmişəm"

2017-01-08 16:24:33 / 1151 dəfə oxunub

"Juventus"un əvəzinə Çinin "Tianjin Quanjan" klubunda oynamağı seçən Aksel Vitsel ona yönələn tənqidlərə cavab verib. Sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi seçimini pula görə etməsi fikri ilə razılaşıb.

"Qərar vermək asan deyildi. Çindən elə təklif aldım ki, rədd etmək çətin idi. Bu, ailəm və mənim üçün ən yaxşı seçimdir. Qazanacağım pulların sayəsində ailəmin maliyyə ehtiyacını tamamilə ödəyəcəm. Anam hamilə olanda çox gənc idi. O, işsiz olduğundan atam təhsilini yarımçıq qoyub işləməli olub. O, daş karxanasında işə düzəlib. Biz kasıb deyildik, amma hər avronun qədrini bilməyi öyrənmişəm. Hələ 22 yaşım olanda gələcəyim barədə düşünürdüm. Karyeramı başa vurandan sonra futbolda qalmayacam. Buna görə 2 il əvvəl "Lindsky" aviasiya şirkətini yaratdım.

Belçika millisində oynamaq istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm. Baş məşqçi heyəti futbolçuların cari formasına əsasən müəyyənləşdirir. Mən formamı saxlayacam".



Son xəbərlər
Azərbaycanda qar uçqunu oldu
2017-02-17 13:56:30
Enterobioz bizquyruğu
2017-02-17 12:10:46



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws