Zamiq Mehdisoy - özümdən xəbərsiz sənə gedirəm

2017-01-08 18:11:04 / 231080 dəfə oxunub

Səni unutmaqla keçir hər ilim,
hər dəfə baxıram unutmamışam.
Qaçır görüşünə fikrim, xəyalım,
yadıma düşürsən hər səhər-axşam.

Həsrəti şərabtək çəkib başıma,
ruhumu bir az da sərxoş edirəm.
Bütün varlığımı qatıb qarşıma,
özümdən xəbərsiz sənə gedirəm.

Gedirəm, gedirəm çata bilmirəm,
özümə dönməyə üzüm də olmur.
Həyatın ipinə yata bilmirəm,
hər şey mən istəyən düzümdə olmur.

Dünyamı basıma yıxdın gedəndə,
yaratdın mən boyda bu viranlığı.
Sənintək vəfasız deyiləm mən də,
bacara bilmirəm unutqanlığı.

Yaralı ürəyi sağaldammıram,
ovuda-ovuda sevirəm səni.
Neynim, sevə-sevə unudammıram,
unuda-unuda sevirəm səni.

Səni unutmaqla keçir hər ilim,
hər dəfə baxıram unutmamışam.
Qaçır görüşünə fikrim, xəyalım,
yadıma düşürən hər səhər-axşam.

 ************* 

Çoxdan tərgitmişem yaşamağı mən,
çoxdandı ömrümü yola verirem.
Vaxtı misra-misra, bend-bend qelemnen,
günləri kağıznan yelə verirəm.

Ötürəm baharnan, payıznan, qışnan,
gəzirəm küləknən, qarnan, yağışnan.
Həmsöhbət oluram ağacnan, daşnan,
sirrimi böcəyə, gülə verirəm.

Qaçıram Tanrının hər cür dinindən,
şeytanlar gördükcə mələk donunda.
Məhkəmə qururam vicdan önündə,
özüm öz suçumu ələ verirəm.

Bir köhnə mahnıyam təzə avazda,
səsimdə yanğı var, qəm var bir az da.
Itəndə, özümü tapıram sazda,
gücümü mizraba, tələ verirəm.

Üzümə bağlıdı tağlı qapılar,
elə bağlı qalsın bağlı qapılar!
Nə vaxtsa qədrimi bilən tapılar,
mən də öz canımı bele verirem.

 ************ 

Mən seni gördüyüm gün
itirmişdim özümü.
Səndə başlamaq üçün
bitirmişdim özümü.

Görüşüne, a göyçek,
almamışdım gül-çiçek.
En gözel hediyyetek
götürmüşdüm özümü.

Gelmemışdin görüşe,
mat qalmışdım bu işe.
Eve qemle baş-başa
ötürmüşdüm özümü.

Gözlerinden yaş damır,
peşmansan...Bu yaşdamı?
Bir zaman, yadındamı
getirmişdim özümü?

 ************

 Heyat vurur üze herden
kasıblığı sille kimi.

Neçe arzu üreyimden

gelib keçdi gülle kimi.

Bezdim derdin cilvesinden,
asılmışam zivesinden.
Daha ömrün zirvesinden
enir cismim pille kimi.

Ölem gerek Haqq yolunda,
yaşatmırlar sağ olanda.
Şairlere xalq ölende
heykel qoyur qulle kimi.

*********

Gül kimi bir nefes derdim,
qoxlamamış tengitdiler.
Telesdire-telesdire
her işimi lengitdiler.

Zalımlar o qederdiler,
iblisden de beterdiler.
Biryolluq ne öldürdüler,
ne ağrımı sengitdiler.

Töretdiler fitne, savaş,
birbirine atdırıb daş.
Adamlara yavaş-yavaş
adamlığı tergitdiler.

 

 **************

Ömrün payızında gəldik üz-üzə,
bu dünya yamyaşıl göründü bizə.
Könüllər dil açdı, baxdıq göz-gözə,
eşq ilə çağladıq, bilmədik, ancaq
sən mənə yasaqsan, mən sənə yasaq.

Gəldi ömrümüzə qəm axın-axın,
döndük qucağına amanın, ahın.
Xəlvətdə görüşüb olsaq da yaxın,
yenə də uzağıq, yenə də uzaq!
Sən mənə yasaqsan, mən sənə yasaq.

Ağladıq, gözümüz öyrəndi nəmə,
yamanca dolmuşuq, bəndik bir himə.
Açıb sirrimizi danışaq kimə?.
Sevgilim, bu dərdi bəs hara yazaq?
Sən mənə yasaqsan, mən sənə yasaq.

Həyatla savaşa bilməyəcəyik,
xatadan sovuşa bilməyəcəyik.
Bilirik, qovuşa bilməyəcəyik,
sevgimiz hicrana açıbdı qucaq,
sən mənə yasaqsan, mən sənə yasaq.

 

 *************

 Düşüb saxta arzuların dalınca,

unutmuşdum menim olan ne varsa.

Şirin-şirin xeyallara dalınca,
gerçeklerim oldu yalan, ne varsa.

Yaşayırdım, öz derdime yetirdim,
sapdırdılar, düz yolumla gedirdim.
Xoş günümü, dincliyimi itirdim,
heyatımda oldu talan ne varsa.

Duyan yoxdur harayımı, sözümü,
YARADANa zilləmişəm gözümü.
Dünya, alıb aparıram özümü,
sənin olsun, məndən qalan nə varsa.

 ***********

Könlüm, gəl çataq göylərə,
yerə yolumuz çatmadı.
Uyduq günlərə, aylara,
ömrə ilimiz çatmadı.

Nə qaldı ötən illərdən?..
Qoruyammadıq yellərdən.
Tutduq o qədər əllərdən,
yara elimiz çatmadı.

Gəl bulud olaq göylərdə,
boşalaq, dolaq göylərdə
Ölək de qalaq göylərdə,
Yerdə məzarlıq bahadı,
lkə pulumuz çatmadı.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws