Bəzi müəllimlərin maaşı 2 dəfə artırılıb

2017-01-09 11:48:13 / 1789 dəfə oxunub

Yanvarın 1-dən Azərbaycanda 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb.

sabahinfo.Az xəbər verir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilməsən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunur. Prezidentin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.

Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70%-ni əhatə edəcək. Qalan müəllimlərin isə 2017-ci ildə diaqnostik qiymətləndirilməsinin keçirilməsi və 2018-ci il yanvarın 1-dən etibarən əməkhaqqının artırılması nəzərdə tutulur.

Bu islahat başa çatandan sonra müəllimlərin peşə nailiyyətlərinə, iş təcrübəsinə və bir sıra digər meyarlara əsaslanan diferensiallaşdırılmış əməkhaqqı sisteminin tətbiq olunması məsələsi müzakirə olunacaq.



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws