Azərbaycan yığması Litvaya məğlub olub

2017-01-09 17:03:06 / 1966 dəfə oxunub

FİFA-nın I vitse-prezidenti (1955-1979) Valentin Qranatkinin xatirəsinə həsr olunan turnir davam edir. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk sınağına çıxıb.

 

C qrupunda yer alan yığmamızın baltikyanı ölkə komandası ilə görüşü uğursuz alınıb. Birinci hissənin son dəqiqəsində rəqib hesabı açsa da, fasilədən sonra Doğukan Öksüz (55-ci dəqiqə) təmsilçimizin bərabərlik topunu vurub. Buna baxmayaraq, cəmi 4 dəqiqə sonra növbəti dəfə önə keçən litvalılar görüşdən 2:1 hesablı qalibiyyətlə ayrılıblar.

 

Qeyd edək ki, komandamız buna qədər turnir çərçivəsində Litva ilə iki dəfə görüşmüşdü. 2012-ci ildə baş tutan və 1:1 hesabı ilə nəticələnən ilk oyunda rəqib penaltilər seriyası (6:5) hesabına qalib gəlmişdisə, millimiz 2013-cü ildə 3:2 hesablı qələbəyə sevinmişdi.



Son xəbərlər
“Pul qıtlığı yaranıb”
2017-04-28 16:39:29
Sabunçuda 2 otaqlı ev yanıb
2017-04-28 10:06:49
Zakir Qaralovdan yeni təyinat
2017-04-27 15:33:27



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws