Allahşükür Paşazadə Rəfsəncaninin vəfatı ilə bağlı başsağlığı verib

2017-01-09 16:40:12 / 845 dəfə oxunub

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfat etməsi ilə əlaqədar İranın ali dini rəhbəri Seyid Əli Xamneyiyə başsağlığı məktubu ünvanlayıb. 

Sabahinfo.az-ın İdarənin saytına istinadən məlumatına görə, məktubda deyilir:

 

"Möhtərəm Ayətullah-üzma həzrətləri!

Qardaş İran İslam Respublikasının sabiq prezidenti Ayətullah Haşimi Rəfsəncaninin vəfatı haqqında xəbər bizləri hədsiz sarsıtdı. Azərbaycan müsəlmanları və şəxsən öz adımdan Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına dərin hüznlə başsağlığı verir, Uca Allahdan rəhmət diləyirəm.

 

Ayətullah-üzma Xomeyninin dəyərli ardıcıllarından olan Ayətullah Haşimi Rəfsəncani öz adını İran İslam Respublikasının şanlı tarixinə həkk etdirməyə qadir olmuş dəyərli şəxsiyyətlərdən idi. Üzun illər ərzində fəaliyyəti agayi Rəfsəncanini müdrik dövlət və din xadimi kimi səciyyələndirir. Bu müdrik şəxsiyyətin İran və Azərbaycan xalqları və dövlətləri arasında əlaqələrin yuksək səviyyəsi üçün səy və əməlləri heç bir vaxt xatirimizdən silinməz. Azərbaycan müsəlmanları bu ağır itkinin  kədərini Sizlərlə bölüşürlər, məscidlərdə Quran oxunur, mərhumun ruhuna dualar edilir.

 

Möhtərəm Ali Dini rəhbər! Həzrətlərinizə dərin ehtiramımızı yetirərək, Allah-Təaladan İslamın rifahı naminə gördüyünüz bütün işlərdə Sizə yardımçı olmasını diləyirəm. Bir daha səmimi başsağlıqlarımızı qardaş İran xalqına yetirir, Uca Allahdan Öz Lütf və Mərhəmətini hər zaman bizim xalqlarımız və dövlətlərimiz üzərində bərqərar etməsini diləyirəm!

 

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!". 



Son xəbərlər
QANLI YANVAR - ŞANLI TARİX
2017-01-19 16:03:16
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws