İstanbul-Bakı aviareysi yubanır

2017-01-09 17:23:06 / 1397 dəfə oxunub

"Azərbaycan Hava Yolları" QSC-nin İstanbul-Bakı aviareysi qeyri-müəyyən müddətədək təxirə salınıb.

Sabahinfo.Az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanından məlumat verilib.

Məlumatda qeyd olunur ki, həmin reys Bakıya saat 17:05-də çatmalı idi. Lakin İstanbulda davam edən kəskin hava şərtləri ilə əlaqədar Atatürk hava limanından çox sayda uçuş təxirə salınıb.

Hazırda həmin reysin nə vaxt həyata keçiriləcəyi məlum deyil.

Qeyd edək ki, 4 gündür İstanbulda qarlı-şaxtalı hava şəraiti davam edir. Bu səbəbdən şənbə və bazar günlərində hava limanlarında mindən çox aviareys təxirə salınmışdı. Eləcə də hazırda Bosfor boğazında bərə nəqliyyatı dayandırılıb.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws