Vasif Talıbov Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib

2017-01-09 20:49:48 / 1362 dəfə oxunub

İran İslam Respublikasının dördüncü prezidenti, görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncani 2017-ci il yanvarın 8-də vəfat edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, yanvarın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğuna gəlib, görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib.

Ali Məclisin sədri Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbərini kədərlə qarşıladığını bildirib. Ali Məclisin Sədri Azərbaycan-İran əlaqələrinin əsasının ümummilli lider Heydər Əliyev və görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncani tərəfindən qoyulduğunu qeyd edib, Naxçıvan Muxtar Respublikasının ağır dövründə Əli Əkbər Haşimi Rəfsəncaninin xidmətlərini diqqətə çatdırıb.

İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom Əli Əkbər Haşimi Rəfsəncaninin İran İslam Respublikasının inkişafı sahəsində gördüyü işlərdən danışıb, göstərilən diqqətə görə minnətdarlıq edib.

Sonra Qurani-Kərimdən ayələr oxunub.

Ali Məclisin sədri baş konsulluqda Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar açılan xatirə dəftərini yazıb, İran dövlətinə və xalqına başsağlığı verib.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws