Bakıda Milad bayramı ilə əlaqədar tədbir keçirilib

2017-01-09 22:24:29 / 1040 dəfə oxunub

Rus pravoslav kilsəsinin Bakı və Azərbaycan pravoslavlar yeparxiyası pravoslav xristianların Milad bayramı ilə əlaqədar qəbul təşkil edib.

 

APA-nın məlumatına görə, tədbiri açan rus pravoslav kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının başçısı Arxiyepiskop Aleksandr geridə qoyduğumuz ilin Azərbaycan üçün xüsusi il olduğunu söyləyib.

 

"Bu il ölkəmiz daxili inkişafa nail olub, beynəlxalq arenada mövqeyini gücləndirib. Ötən il multikulturalizm ili elan olunması birdəfəlik aksiya deyildi. Bu artıq həyat tərzinə xas olan cəhətidir", deyə Arxiyepiskop Aleksandr qeyd edib.

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kəmal Abdulla pravoslav icmasını Milad bayramı münasibəti ilə təbrik edib. Sonra Qafqaz Müsəlmanlar İdarəsinin sədri şeyxulislam Allahşükür Paşazadənin təbrik məktubu tədbir iştirakçılarına oxunub.

 

Tədbirdə ictimai siyasi xadimlər,diplomatik nümayəndəliklərin üzvləri, millət vəkilləri, incəsənət xadimləri, din xadimləri iştirak edib.



Son xəbərlər
FİFA-ya tarixi cəza
2017-01-21 13:55:28
Siqaretlər bahalaşıb
2017-01-21 13:43:04
Deputatlarımız Maliyə gedir
2017-01-21 12:37:57
Millimiz 9-cu oldu
2017-01-21 12:12:06



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws