AŞPA həmməruzəçiləri yanvarın 12-də Azərbaycana səfər edəcəklər

2017-01-10 15:10:36 / 1063 dəfə oxunub

AŞPA-nın Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda yanvarın 12-dən 14-nə kimi Azərbaycana faktaraşdırıcı səfər edəcəklər.

 

APA-nın xəbərinə görə, AŞPA-nın mətbuat xidmətinin məlumatında bildirilir ki, səfər zamanı onlar Azərbaycan prezidenti, parlamentin spikeri, ədliyyə və daxili işlər nazirləri, Prezident Administrasiyasının rəhbəri, Ali Məhkəmənin sədri, baş prokuror, Vəkillər Kollegiyasının rəhbəri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşəcəklər.

 

Onların vətəndaş cəmiyyətinin təmsilçiləri, parlamentdə təmsil olunmayan siyasi partiyaların üzvləri ilə görüşləri də nəzərdə tutulur.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws