CNN-in məşhur aparıcısı Bakıya gəlir

2017-01-10 16:10:42 / 1114 dəfə oxunub

Amerika Birləşmiş Ştatlarında nüfuzlu və populyar siyasi şərhçi, beynəlxalq münasibətlər üzrə ekspert, CNN telekanalının aparıcısı, həftəlik "Newsweek International” nəşrinin redaktoru Farid Zakariya 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcək.

 

Diaporla iş Üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, bu barədə Farid Zakariya ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsinin görüşündə bildirilib. Görüşdə həmçinin, NGBM-nin fəaliyyəti, V Qlobal Bakı Forumuna dair geniş müzakirə aparılıb, Farid Zakariyanın tədbirdə iştirakının detalları dəqiqləşdirilib. Farid Zakariya eyni zamanda Forum iştirakçılarına videomüraciət ünvanlayıb. Müraciətində Bakıya ilk dəfə səfər edəcəyini bildirən Farid Zakariya eyni zamanda dünyada baş verən proseslərin gərgin bir vaxtında Bakı Forumunun əhəmiyyətini vurğulayıb.

 

Qeyd edək ki, Hindistanda dünyaya gələn müsəlman əsilli Farid Zakariya ABŞ-da tanınmış politoloq və jurnalistdir. Beynəlxalq münasibətlərə dair bir neçə kitabın müəllifi, CNN telekanalında aparıcı olan F.Zakariya "New York Times”, "The Wall Street Journal” kimi nüfuzli nəşrlərdə öz yazıları ilə çıxış edib, bir sıra qəzet və jurnallarda isə redaktorluq edib. 



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws