Azərbaycanlı “qanuni oğrular” Rusiyada birləşdi – LƏNKƏRANSKİNİN DÜŞMƏNLƏRİ

2017-01-10 15:46:01 / 1011 dəfə oxunub

Moskvada azərbaycanlı kriminal qruplaşmanın vahid və mütəşəkkil klanı əmələ gəlib.

 

Sabahinfo.az-ın məlumatına görə, bu barədə "Prestupnaya Rossiya”nın hazırladığı məqalədə deyilir.

 

Sözügedən klanda azərbaycanlı tanınmış qanuni oğrular - Nadir Səlifov (Lotu Quli), Vaqif Süleymanov (Vaqif Bakinski) və Rəşad İsmayılov (Rəşad Gəncinski) birləşiblər.

 

Məqalədə yazılır ki, bu klan hələ sağlığında Rövşən Lənkəranskiylə mübarizə aparırdı. Rövşənin ölümündən sonra isə onlar Moskvada vaxtilə onun təsir dairəsində olan obyektləri öz əllərinə keçiriblər.

 

Məqalədə deyilir: "Bu triumvirat hələ uzun müddət mövcud olacaq. Amma söhbət ondan gedir ki, "Lotu Quli” azadlığa çıxandan sonra birliyin dağılma ehtimalı böyükdür. Bunu Vaqif və Rəşad da gözəl başa düşür. Ona görə də azərbaycanlı kriminal qruplaşmalar arasında yeni müharibənin başlayacağı da istisna deyil”.

 

Yazıda bildirilir ki, bu klandan başqa "Zayka” ləqəbli Zaur Əliyevin qardaşı Əli Əliyevin daxil olduğu digər qruplaşma da son vaxtlar aktivləşməyə başlayıb.

 

"Bundan başqa, "Lotu Quli”nin qəddar düşməni Əli Heydərovu (Albert Rıjiy) da unutmaq lazım deyil”, deyə sayt yazır.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws