Qasımlı Nicat - Bilmirəm,bu dünya nədir,nəçidir

2017-01-10 22:22:14 / 6316 dəfə oxunub

Qasımlı Nicat Kamal oğlu 1996-cı ildə Mingəçevir şəhərində anadan olub 2002 ci ildə Cəbrayıl rayon qaçqın məktəbinə 1 sinifə getmiş və 2013 cü ildə bu məktəbi bitirmişdr. 2015 ci ildə Sumqayıt Dovlət Universitetinin Tarix Fakultəsinə qəbul olub. 2013 cü ildən peşəkar yaradıcılığa başlamışdır.



Məni öz qəbrimdə basdırın Ana

Bilmirəm,bu dünya nədir,nəçidir
Bir onu bilirəm, dolayıb məni
Çox zaman inanki, olub-olmaza
Pərvanədək oda qalayıb məni
 
Dəyişmir hiyləsi, dəyişmir kini
Neçə insanları çaşbaşa salmış
Dünya qocalarmı deyə düşünən
İllərcə düşünmüş, özü qocalmış
 
Mən hələ dünyanın təzə adamı
Ayayığım yerimir, dilim söz tutmur
Sözümdən yüz ocaq tutsam nə xeyri
Ocağım sönəndə yeri köz tutmur
 
Nədir bu dünyanın işi bizimlə
Əvvəlcə bələkdə bələyir bizi
Sonunda bələyi kəfən eləyib
Topraqdan düzəldir qəbrimizi
 
Mənim şeirlərim, sözlərim kitab
Məni öz qəbrimdə basdırın, Ana
Ölsəm, sətirlərə həkk olacam mən
Məni öz qəbrimdə basdırın, Ana


Qoyma baxsın özgə göz saçlarına

 Gülüm, aç saçını yandır qəlbimi,

Qoyma baxsın özgə göz saçlarına.

Sənin saçlarından gözəl saç varmı,
Dünyanı qul eylər öz saçlarına.
 
Gözəlsən gözəlim saçların gözəl,
Sənsiz yazmağın yox mənası qəzəl.
Sən təksən gözəlim yeganə, əzəl,
Çatdıra bilmərəm söz saçlarına.
 
Sevgimlə bu dövran yenə çönəcək,
İnanmıram keçən zaman dönəcək.
Sənin üçün yanan qəlbim sönəcək,
Düşməsin köz qəlbimdən saçlarına.
 
Nə külək oxşasın sənin telini,
Gəl yanıma, ey bəxtimin gəlini !
Nicat saçlarına tutsun əlini,
Düşməsin Nigarım toz saçlarına .
 
 

Çevirdin

Məni dəyişdinsə haladı sənə
Ruhumu dəyişib muma çevirdin
Sanki başdan- başa daş ürəyimi
Bir anın içində quma çevirdin
 
Məni həm güldürüb, həm ağlatdın
Sevincimdə gəzdin, qəmimdə yatdın
Qəlbimdə bir vaxtı sən ocaq çatdın
Sonda o ocağı şama çevirdin
 
Bir anda ayrıldın qəlbimdən getdin
Qaranlıq kölgə tək gözümdən itdin
Üsündə gəzdiyim yeri ev etdin
Göyüdə ev üçün dama çevirdin
 

Bu Tayda , O Tayda

Mən o Taydan, bu taya bir sorağam
Babadağam, mən Qoşqaram bu tayda
Şəhriyarın Heydər babasıyam mən
Başı qarlı Savalanam o tayda
 
Məni tanı Türki- Hundan gəlmişəm
Yeniseydən, mən Orxondan gəlmişəm
Altaylardan, Türkistandan gəlmişəm
Ordu yıxan bir Xaqanam bu tayda
 
Dəyişmədi mənim əslim, özlüyüm
Yerindədi saflığım və düzlüyüm
Əbədidir Bozqurdluğum, Türklütüm
Tıraxtoram qəhrəmanam o tayda
 
Mənəm dövri qədim çağlar Türk olan
Əyilməyən polad kimi bərk olan
Xaqanlar başlarında börk olan
Xaqanlardan qalan xanam bu tayda
 
Təbriz kimi bir diyarın oğluyam
Həsrət dolu, dilfigarın oğluyam
Hədiyəm mən Şəhriyarın oğluyam
Şəhriyardan bir nişanam o tayda
 
Bulaqların, çeşmələrin suyu mən
Gecələrin aydınlanan ayı mən
Vətənimimhəm o həm bu tayı mən
Yerəm, göyəm, asimanam bu tayda
 
Qardaş azdı dar günümə yetəndi
Qızılgüldü bağrım üsdə bitəndi
Bu sinəmdə bölük-bölük vətəndi
Bu tay yoxsa yaşayamam o tayda
 
Şair deyən qazan yenə daşacaq
Dədə qorqud bizə dastan qoşacaq
Türklər birdə Çin səddini aşacaq
Mətaxanam, Bilgəxanam o tayda
 
Dəyişəcək bu dünyanın çarxıda
Böyüyəcək, Şanlanacaq Türküdə
Yaşayacaq törəsidə, börküdə
Özüm boyda bir Turanam bu tayda
 

Bozqurd

Gecə qaranlıq,Ayda yox bu gecə
Gizlənmiş buludların qoynunda
Ulduzlar sayrışır qaranlıqlars
Qulaq verir sanki uzaqlıqlara
 
Ay övladlarını bəkləyir
Gecənin övladını
Gecə qaranlıq gecə
Özləyir evladını
 
Ulartı səsi,o nə səs
Gecənin övladı ulayır
Yalquzuzaqdı tənha qalıb
Gecənin övladları ulayır
 
Bozqurddu o auuuuuu
Auuuu ulayır o
Qurd başlı bayraq sahibi
Türk başbaqun arayır o
Gecə qaranlıq gecədir
Övladı bozqurd ulayır
Dünyan yaranandan bəri
Türk irqinin uğruna
Bir yücə bozqurd ulayır
 
 
 
 
 
 
 
 
 
 

 



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws