Azərbaycan prezidenti Fransanın dövlət katibini qəbul edib

2017-01-10 21:19:23 / 1467 dəfə oxunub

Azərbaycan prezidenti İlham Əliyev Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. sabahinfo.az saytı xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilir.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, mədəniyyət, təhsil və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlıq əlaqələrimizin genişlənməsinin önəmi qeyd olunub. Söhbət zamanı humanitar sahədə əlaqələrin uğurla inkişaf etdiyi bildirilərək, Bakıda Fransız-Azərbaycan Universitetinin fəaliyyətə başlamasının bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Görüşdə, həmçinin, ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyi əminliklə qeyd olunub, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Fransanın dövlət katibi Jan Mari Le Quen yanvarın 10-11-də Azərbaycanda səfərdə olub.



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws