ARDNF Mərkəzi Banka 7,5 milyard manatadək transfert edəcək

2017-01-10 22:51:14 / 7530 dəfə oxunub

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il Azərbaycan Mərkəzi Bankına (AMB) 7,5 mlrd. manatadək məbləğdə transfert həyata keçirəcək. 

sabahinfo.Az "APA-Economics”ə istinadən xəbər verir ki, bu, ARDNF-nin 2017-ci il büdcəsində öz əksini tapıb. Sənəd prezident İlham Əliyev tərəfindən bu gün imzalanan fərmanla təsdiqlənib. 

Büdcənin xərclər bölümündə qeyd edilib ki, transfert makroiqtisadi sabitliyin təmin olunmasına yönələcək və onun yuxarı həddi 7,5 mlrd. manat götürülüb.

Maraqlıdır ki, AMB-yə transfertlər fondun ümumi xərclərinin 51,7%-ə bərabərdir.

Qeyd edək ki, ölkə başçısı ARDNF-nin 2017-ci il büdcəsinin gəlirlərini 8 mlrd. 370 mln. 589,8 min manat, xərclərini isə 14 mlrd. 483 mln. 856 min manat məbləğində təsdiq edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!