"İranın mümkün təhdidlərinin qarşısı diplomatik üsullarla alınacaq"

2017-01-12 09:20:23 / 2747 dəfə oxunub

"İran tərəfindən mümkün təhdidlərin qarşısını almaq üçün bütün diplomatik üsullardan istifadə ediləcək. Bu, həm nüvə, həm də terror təşkilatlarına dəstək məsələsinə aiddir".

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi postuna namizəd Reks Tillerson Senatda keçirilən dinləmələrdə bəyan edib.
 
"Bizim nüvə təhdidlərinə dair dürüst anlayışımız olmalıdır. Biz əmin olmalıyıq ki, İran tərəfindən gələn təhdidlərin qarşısını almaq üçün bütün imkanlardan istifadə edəcəyik. Söhbət yalnız İranın nüvə proqramından deyil, dünya üzrə terror təşkilatlarına dəstəkdən də gedir", deyə R.Tillerson bildirib.
 
Onun sözlərinə görə, buna ilk növbədə, diplomatik üsullarla nail olunmalıdır: "Rejimlərin devrilməsinə yox, onların davranışının dəyişilməsinə çalışmaq lazımdır".



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws