Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”

2017-01-12 09:40:53 / 2593 dəfə oxunub

"Biz Naxçıvanın nəqliyyat problemlərinin həlli üçün  çalışırıq. Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu fəaliyyətə başlayıb. Biz indi İran İslam Respublikası və Rusiya ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyirik. İşlərin bizə aid olan hissəsi artıq başa çatıb”.

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Naxçıvanda 3 nömrəli rus məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

 

Dövlət başçısı qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi tam işə düşəndən sonra Naxçıvan dəmir yolu ilə İran vasitəsilə Azərbaycanın əsas hissəsi ilə də birləşəcək: "Biz bu layihəni sürətləndirmək istəyirik ki, tezliklə bu, baş versin. Ondan sonra Naxçıvanda istehsal olunan mallar artıq dünya bazarlarına rahatlıqla çıxa biləcək və insanlar üçün bu, əlbəttə ki, əlavə imkanlar yaradacaq”.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws