Azərbaycanda tikintiyə dair vahid informasiya təminatını təşkil edəcək orqan müəyyənləşib

2017-01-12 10:00:11 / 2309 dəfə oxunub

Azərbaycanda tikintiyə dair vahid informasiya təminatını təşkil edəcək orqan müəyyənləşib.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 11 yanvar 2016-cı il tarixli fərmanında əksini tapıb.

 

Dəyişikliyə əsasən respublika üzrə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemini təşkil etmək və onun işini təmin etmək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin vəzifələri sırasına daxil edilib.

 

 

Müvafiq olaraq  dövlət başçısı "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərman da imzalayıb. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli fərmana əsasən Nazirlər Kabineti şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin təşkili və fəaliyyəti qaydasını, eləcə də sistemə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və işlənilməsi qaydalarını müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli idi. Dəyişikliyə əsasən Nazirlər Kabineti şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin təşkili və fəaliyyəti qaydasını, eləcə də sistemə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və işlənilməsi qaydalarını artıq birbaşa deyil, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etməlidir. 



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws