Gürcüstan prezidentinin kürəkəni güllələndi

2017-01-12 10:10:37 / 1789 dəfə oxunub

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuri silahlı insident nəticəsində yaralanıb.

 

APA-nın məlumatına görə, bu barədə "Rustavi 2” telekanalı xəbər verib.

 

Məlumata əsasən, M.Qoqoçuri azı bir güllə yarası alıb. Hadisə yerinə polis və kriminalistlər gəlib. Ərazi əhatəyə alınıb. M.Qoqoçurinin xəstəxanaya çatdırıldığı bildirilir. Onun vəziyyəti barədə məlumat verilmir.  

 

Atəşin kim tərəfindən açıldığı məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws