"Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkədir"

2017-01-12 11:10:21 / 1384 dəfə oxunub

Bu gün dünyanın, demək olar ki, rahat gediləsi ölkəsi çox az qalıb. İstər yaxın, istərsə də uzaq ölkələrdə insanların axşam sağ-salamat evə dönəcəyinə inamı yoxdur.

Sabahinfo.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, Azərbaycanda isə tamamilə fərqli bir şərait var: "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkəyə çevrilib. Bunu etibarlı edən eyni zamanda xalqımızın daim hakmiyyətin yanında olması, yüksək mədəni-siyasi inkişafı ilə bağlıdır".

M.Qasımlı deyib ki, Azərbaycan vətəndaşları daim dövlətin güclü olmasına və ictimai sabitliyin qorunmasına çalışmalıdır:

"Sabitlik və dövlətimizin güclü olması, ilk növbədə, Azərbaycan vətəndaşlarının xeyrinədir. Çünki sabitliyin olmadığı və təhlükəsizliyin təmin edilmədiyi bir yerdə inkişaf, tərəqqi və xeyir-bərəkət də olmaz".



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws