Yığmamızın sabiq futbolçusu Finlandiya klubuna keçə bilər

2017-01-12 12:20:28 / 1054 dəfə oxunub

Azərbaycan yığmasının sabiq futbolçusu Cem Fələk özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, son vaxtlar xeyli sayda klub dəyişən milliləşən türkiyəli bu dəfə Finlandiyada peyda olub.

 

20 yaşlı yarımmüdafiəçi bir neçə gündü "Rovaniemi”nin düşərgəsindədi. Uşaq ikən qeyri-adi məhsuldarlığı ilə reklam olunan futbolçu Skandinaviya təmsilçisinin baxışa çağırdığı oyunçular arasındadı. O, bu klubda möhkəmlənmək üçün özünü yaxşı tərəfdən göstərməyi bacarmalıdı.

 

Qeyd edək ki, vaxtilə "Xəzər Lənkəran”la da müqavilə imzalayan Fələk bunadək Almaniyanın "Ayntraxt” (Frankfurt), "Bohum”, Şotlandiyanın "Aberdin”, Türkiyənin "Antalyaspor” kimi klublarında da çıxış edib.



Son xəbərlər
Qobustanda ev yandı
2017-01-16 22:02:51
Yenə yağış yağacaq
2017-01-16 10:22:17



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws